Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01
Aprelin 2-də müxalifət qüvvələri diktator Qəddafiyə sadiq qoşunlarla neft şəhəri olan Breqa uğrunda döyüşləri davam etdiriblər.

Bu arada üsyançıların dediyinə görə, onlara kömək edən koalisiya qüvvələrinin yanlış hava zərbələri nəticəsində Breqa yaxınlığında azı 10 nəfər itiriblər.

Koalisiya qüvvələrinın əməliyyatlarına rəhbərlik edən Britaniya və Fransa hələ ki insidenti şərh etməyiblər.

Breqa yaxınlığında döyüşləri davam etdirən üsyançılar təcrübəli döyüşçülərdir.

Yüzlərlə təcrübəsiz könüllü isə Qəddafi qüvvələri tərəfindən pulemyot və minaatan atəşinə tutulandan sonra şərq istiqamətində - Əcdəbiyyə şəhərinə tərəf qaçmağa başlayıblar.

Bəzi üsyançıların mediaya bildirdiklərinə görə, Qəddafi casusları onların sıralarına soxularaq havaya zenit qurğularından atəş açıblar.

Bundan sonra oraya gələn NATO təyyarələri ərazini bombalayıblar.

Bir sıra üsyançılar isə əslində onların döyüşçülərindən bəzilərinin səhvən havaya atəş açdığını, buna görə də onları bomabalayan koalisiya qüvvələrinin günahsız olduğunu deyiblər.

Qəddafiyə sadiq qüvvələr müxalifətin atəşkəs təklifini də rədd edib.

Onlar müxalifətin “yetərincə cidd olmayan” təkliflərində “axmaq şərtlər” olduğunu bildiriblər.

“Biz şəhərlərimizi əl-Qaidə ilə bağlı bu lidersiz yaraqlılara verə bilmərik”.

Saif əl-İslam
Bundan qabaq üsyançıların lideri Mustafa Əbdül Cəlil atəşkəs təklifinin şərtlərini açıqlamışdı.

Buraya Liviya əhalisinə ifadə azalığının verilməsi, Qərb bölgəsindəki şəhərlərdən snayperlərin, muzdlu döyüşçülərin çıxarılması da daxildir.

Amma Cəlilin sözlərinə görə, atəşkəs təklifi onların ölkədə rejim dəyişikliyinə nail olmaq istəyindən imtina etmək anlamına gəlmir.

Qəddafiyə yaxın mənbələr isə CNN-ə deyiblər ki, o, hakimiyyətdən imtina edə bilər, amma istənilən hakimiyyət dəyişikliyində onun ikinci oğlu Saif əl-İslamın rolu təmin edilməlidir.

Bu arada üsyançıların sıralarında nizam-intizamın və koordinasiyanın artdığı, onların yeni silahlarla təchiz edildiyi müşahidə olunur.

Əl-Cəzirə kanalı xəbər verir ki, üsyançıların döyüş əməliyyatlarına rəhbərlik işləri getdikcə daha çox peşəkar zabitə həvalə edilir.

Aprelin 1-də isə koalisiya qüvvələrinə İsveç təyyarələrinin də qoşulması mümkünləşib.

Buna İsveç parlamenti icazə verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG