Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

Human Rights Watch Azərbaycan insan haqları pozuntularını pisləməyə çağırır


Human Rights Watch beynəlxalq insan haqlarını müdafiə təşkilatı müxalifətin etiraz askiyaları ərəfəsində tutulanların dərhal azadlığa buraxılmasına çağırıb. Qurumun aprelin 1-də yayılan məlumatında qeyd edilir ki, müxalifətin aprelin 2-ə təyin etdiyi mitinq ərəfəsində azı 10 nəfər fəal saxlanaraq müxtəlif ittihamlarla həbsə məhkum ediliblər.

Təşkilatın icraçı direktoru Rachel Denber bildirib ki, Azərbaycan özünün beynəlxalq öhdəliklərini yerinə yetirərərk dinc toplaşma azadlığından istifadə olunmasına imkan verməlidir.

Human Rights Watch Avropa Şurasını və Azərbaycanın digər beynəlxalq tərəfdaşlarını, o cümlədən Avropa Birliyini, onun üzvü olan ayrı-ayrı ölkələri, ABŞ hökumətini Azərbaycanda insan haqları pozuntularını pisləməyə, təqiblərə son qoymağa çağırmağa səsləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG