Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

Prezident Bakıda məktəb və xəstəxana tikintisinə sərəncam verdi


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı sərəncamlarla Bakıda Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbin tikintisi üçün iki milyon manat ayrılacaq.

Prezident bu gün Bakının Bülbülə qəsəbəsində də 640 şagirdlik yeni məktəbin tikilməsinə iki milyon manat ayırıb.

İlham Əliyev Əhmədli qəsəbəsində isə yeni xəstəxananın tikintisinə başlanılması üçün 1.5 milyon manat ayrılmasına sərəncam verib.

Sərəncamlara görə bu pullar 2011-ci il dövlət büdcəsində prezidentin ehtiyat fonduna nəzərdə tutulan büdcədən ayrılacaq.

Bu ilin büdcəsində prezidentin ehtiyat fonduna ümumilikdə 160 milyon manat ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG