Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Suriyada kürdlər yaşayan bölgədə də etirazlar başlanıb


Əsasən kürdlərin yaşadığı Qamishli-da hökumət əleyhinə aksiya, 1Aprel 2011
Əsasən kürdlərin yaşadığı Qamishli-da hökumət əleyhinə aksiya, 1Aprel 2011
Yəmənin paytaxtı Sanaada iki rəqib düşərgə böyük mitinqlər keçiriblər.

Prezident Abdulla Salehin on minlərlə tərəfdarı şəhərin mərkəzinə toplaşaraq dövlət başçısının daxili və xarici siyasətini dəstəklədiklərini bildirb.

Onların çoxu Salehin öz qəbiləsindən olanlardır.

Onlar prezidentin böyük portretlərini başları üzərinə qaldırıblar

Mitinqçilər qarşısında qısa çıxışında Saleh deyib ki, Yəmən üçün canından da keçməyə hazırdır.

“Mən söz verirəm ki, böyük Yəmən xalqı uğrunda canımı-qanımı, qiymətli nəyim varsa, hamısını qurban verməyə hazıram. Harada olmağınızdan – evdə, ya xaricdə olmağınızdan asılı olmayaraq mən sizi salamlayıram!”

Saleh tərəfdarlarının toplaşdığı yerdən iki kilometr aralıda - əsasən gənclərdən ibarət kütlə mitinq keçirib.

Onlar aksiyanı – fevraldan bəri çadır qurduqları Sanaa Universiteti yaxınlığndakı meydanda keçiriblər.

İki düşərgəni təmsil edən mitinqçilər arasında toqquşmaların olması haqda məlumat yoxdur.

Cümə günləri dindarlar məscidlərə cümə namazına toplaşırlar.

Yəmən müxalifətçiləri də məhz cümə günlərindən istifadə edərək küçələrə böyük sayda insan çıxarırlar.

Onlar eyni aksiyanı ötən cümə günü də təşkil etmişdilər. Həmin gün Saleh tərəfdarları ilə az qala toqquşma da baş verəcəkdi.

İşə qarışan əsgərlər Saleh tərəfdarlarının başı üzərindən atəş açmış və onları müxalifətçilər toplaşan meydandan uzaqlaşdırmışdı.

Xəbər agentliklərinin məlumatına görə,

Aprelin 1-də anti-Saleh mitinqləri Yəmən ətrafındakı 14 vilayətdə baş verib

Şahidlərin dediyinə görə, Aden, Taaz və Hadramout vilayətlərindəki aksiyalarda yüz minlərlə insan iştirak edib.
Yəmən prezidenti öz tərəfdarları qarşısında. 1 Aprel 2011

Prezident əleyhdarlarının sayı axır 3 həftədə bir neçə dəfə artıb.

Bu, martın 18-də təhlükəsizlik qüvvələrinin müxalifətçilərə atəş açıb 52 nəfəri öldürməsindən sonra baş vermişdi.

Amma 30 ildən çoxdur ki, hakimiyyətdə olan Saleh deyir ki, hakimiyyəti yalnız “təmiz əllərə” ötürə bilər.

Bu sıraya o, müxalifət liderlərini daxil etmir.

Axır həftələrdə hökumət qüvvələrinin onlarla etirazçını öldürməsinə baxmayaraq Suriyada - Deraa və bəzi başqa şəhərlərdə hökumət əleyhinə aksiyalar aprelin 1-də də davam edib.

Cümə namazından sonra cənub şəhəri

Deraada yüzlərlə insan küçələrə çıxıblar

Əsasən kürdlərin yaşadığı şimal bölgələrində də etirazlar baş qaldırıb.

Təşkilatçıların xəbər agentliklərinə bildirdiyinə görə, orada - Qamishli və Amuda-da yüzlərlə insan etiraz aksiyası keçirib.

Martın 18-də Suriyada etirazlar başlayandan bəri Deraa və Latakia şəhərlərində 70-cən adam öldürülüb.

Amma bu zorakılıqlar suriyalıları şoka salmaqla yanaşı həm də etirazların genişlənməsinə təkan verib.

Ötən həftə belə etiazlar hətta paytaxt Dəməşqdə də baş qaldırmışdı.

Bunun qarşısını almaq üçün prezident Əsəd islahatlar aparacağını da söz vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG