Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:24

«Aksiya keçirilməsinə imkan verilməyəcək»


Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev deyib. O, aprelin 1-də bəzi müxalifət partiyalarının rəhbərlərinin, aksiya təşkilatçılarının BŞBPİ-nə dəvət edilərək xəbərdarlıq edildiyini bildirib. Razılaşdırılmamış aksiyaların keçirilməsinin qanun pozuntusu olduğunu vurğulayan Y. Əliyev müxalifə Bakı şəhər İcra Hakimiyyətinin ayrıdığı yerlərdə mitinq keçirməyi tövsiyə edib:

«Əks halda, qanunu pozaraq Bakının mərkəzi küçələrində ictimai asayişi pozmağa cəhd göstərsələr, qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Bir daha deyirəm, onlar istədikləri yerdə aksiya keçirə bilməyəcəklər. Biz tədbirimizi görmüşük. Birmənalı olaraq bildirirəm ki, onlar heç həmin əraziyə buraxılmayacaqlar. Qarşıdurma yaranarsa, buna görə məsuliyyəti mitinqin təşkilatçıları və aksiya iştirakçıları daşıyacaq».

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya askiya keçirmək üçün 20-ci sahə yaşayış massivindəki sürücülük məktəbinin həyətini ayırıb.

İctimai Palata isə Bakı şəhər İcra Hakimiyyətinə «Nərimanov» kinoteatrının qarşısındakı meydanda aksiyası keçirməklə bağlı müraciət etmişdi.
XS
SM
MD
LG