Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

Bosniya dünya futbolundan kənar edildi


FİFA və UEFA Bosniyanın futbol federasiyasının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub. Səbəb kimi də Bosniya federasiyasının üç nəfərdən ibarət rəhbərliyinin bir nəfərlə əvəz edilməsi barədə bu beynəlxalq qurumların tələblərini rədd etməsi göstərilir.

1992-1995-ci illərin vətəndaş müharibəsinə görə bu ölkənin futbol federasiyasına bosniyalı, xorvat və serbdən ibarət prezidentlər rəhbərlik edir. FİFA və UEFA bu qaydanı dəyişməyi tələb etsə də serblər onun əleyhinə çıxırlar. Həmin qurumların bugünkü qərarı ilə problem həll edilməyənə qədər Bosniya yığması və klubları beynəlxalq yarışlara qatıla bilməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG