Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Astarada yeni qaz kompressoru istismara hazırdır


Astarada birinci qaz kompressoru 2005-ci ildə tikilib. Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə əsasən, nəql edilmiş qaz Naxçıvana ötürülür. Hazırda sutkada İrana 3.5 milyon kubmetr qaz nəql edilir.

İkinci qaz kompressorunun inşası başa çatıb. Astara MQKS-nin rəisi Nəsimi Rzayev AzadlıqRadiosuna deyib ki, yeni qaz kompressoru istismara hazır olsa da, istifadəyə verilməyib. Nəzərdə tutulmuş layihəyə əsasən, kompressor aqreqatların sayı 10-a çatdırılacaq. Hər iki kompressor stansiyasından İrana sutkada 5 milyon kubmetr qaz nəql ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG