Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

Yəməndə hökumət və müxalifət tərəfdarları mitinq keçirirlər


Bu gün Yəmənin paytaxtı Sanada həm prezident Ali Abdulla Salehin tərəfdarları, həm də müxalifətin on minlərlə tərəfdarı ayrı-ayrılıqda mitinq keçirir.

Salehin çağırışı ilə ölkənin əyalətlərindən də onun tərəfdarları paytaxta toplaşıblar. Onlar maşınların müşayiəti ilə mitinqlərini keçirirlər.

Salehin 32 illik hakimiyyətinə son qoyulmasını tələb edən müxalifət fəalları da bu gün paytaxtın başqa yerində etiraz askiyasını davam etdirib.

Prezident sarayının qarşısına toplaşan tərəfdarları qarşısında çıxış edən Saleh istefa vermək fikrində olmadığına işarə vuraraq ölkəsi üçün hər şeyi fəda etməyə hazır olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG