Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

Nigeriya film çəkib ildə 3 milyard qazanır


Yaradıcılıq iqtisadiyyatı 14 faiz artıb

Yaradıcılıq iqtisadiyyatı 14 faiz artıb

Dünya iqtisadiyyatı durğunluq keçirdiyi bir dövrdə kitabdan tutmuş musiqi və aktyorluğa qədər yaradıcılıq sənayelərində gəlir iki dəfə artaraq 2008-ci ildə 600 milyard dollara çatıb.

Bu haqda BMT-nin İnkişaf Proqramı və BMT-nin Ticarət və İnkişaf Agentliyinin birgə hesabatında bildirilir.

2010-cu il üzrə «Yaradıcılıq iqtisadiyyatı hesabatı» adlı sənəddə deyilir ki, yaradıcılıq məhsulları və xidmətlərinin qlobal ixracı 2002-2008-ci illərdə sürətlə artıb. Hansı ki, həmin dövrdə iqtisadiyyat tənəzzül dövrü keçirib.

Yaradıcılıq iqtisadiyyatına sənətkarlıq, film və yeni media da daxildir. Orta hesabla yaradıcılıq iqtisadiyyatı 14 faiz artıb. Qlobal iqtisadiyyat isə 2008-ci ildə 12 faiz azalıb. İndiyə qədər də özünə gələ bilməyib.

«Əgər doğru yönəldilsə, yaradıcılıq iqtisadiyyatı sosial-iqtisadi artımın, yeni iş yerlərinin yaranmasının, innovasiya və ticarətin mənbəyi ola bilər. Mədəni müxtəlifliyə və davamlı insan inkişafına töhfə verə bilər».

BMT İnkişaf Proqramının administratoru Rebeka Grinspan belə deyib.

Hesabatda yaradıcılıq iqtisadiyyatının uğurları ilə bağlı konkret nümunələr də göstərilib. Məsələn, Meksika və Braziliyada serialların, Hindistanda film sənayesinin, Yamaykada reqqi musiqisinin,
Zöhrab İsmayıl
BRAZİLİYA VƏ KARİB ÖLKƏLƏRİNDƏ KARNAVALLAR TİCARƏTİN ARTMASINA VƏ YENİ İŞ YERLƏRİNİN YARANMASINA KÖMƏK EDİR.

Hesabatda Nigeriyanın sürətlə inkişaf etməkdə olan film sənayesi xüsusi vurğulanır. Nigeriyanın «Nollivud» adlanan film sənayesinin illik gəliri 2.75 milyard dollar qiymətləndirilir. Nigeriyada ildə 1000 film istehsal edilir. Bu ölkə film istehsalında ABŞ və Hindistandan sonra üçüncüdür. Nigeriya hökuməti film sənayesinə böyük investisiya qoyur. Çünki bu sənaye neft ixracından sonra ölkənin ikinci böyük gəlir yeridir.

Bəs, Azərbaycanda necə, yaradıcılıq iqtisadiyyatı inkişaf edibmi? İqtisadçı-ekspert Zöhrab İsmayıl bildirir ki, bu illər ərzində Azərbaycanda yaradıcılıq iqtisadiyyatı nəinki inkişaf edib, əksinə tənəzzül edib:

«Bu sektorda ağır bir böhran var. Bu, daha çox azad bazar elementlərinin mövcud olmaması, müəlliflik hüquqlarının yetərincə qorunmaması, bu biznes sahələrinin inkişafı üçün lazım olan iqtisadi mühitin olmamaması ilə bağlıdır. Ona görə də bu sahələrdə inkişaf yoxdur. Əksinə, tənəzzül, böhran var».

Günün bütün mövzuları

XS
SM
MD
LG