Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Mitinq öncəsi həbslər …


Əshabəli Mustafayev, Fərid Şahbazlı və Etibar Salmanlı
Əshabəli Mustafayev, Fərid Şahbazlı və Etibar Salmanlı
AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Əshabəli Mustafayev, «Gənc Liderlər» Təşkilatının sədri Fərid Şahbazlı və «Nida» Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlı gənclərin hüquq və azadlıqları barədə fikirlərini bildirirlər.

Əshabəli Mustafayev:

«Mitinq öncəsi həbslər qabaqlayıcı tədbirlərdir. Ancaq bu, insan hüquqlarına ziddir. Heç bir dövlət nə hüquqi, nə də faktiki cəhətdən belə tədbirlər görə bilməz. Bizdə də hüquqda belə qabaqlayıcı tədbirlərin görülməsi yoxdur. Ancaq bugünkü və bundan əvvəlki təcrübə göstərir ki, praktikada belə şey var...».

Fərid Şahbazlı:

«Bu həbslər 2 aprel mitinqi ilə bağlı deyil. 2 aprel mitinqini də 11-12 mart mitinqlərinin acı taleyi gözləyir. Onsuz da bu mitinqlərə 3-5 adamdan artıq çıxmır. Hakimiyyət orada 5-10 nəfəri həbs etməklə nəyə isə nail olmayacaq. Ən azından, bu, bir məntiqsizlikdir. Çıxmasın 300 nəfər, çıxsın 310 nəfər. Mitinqlərin təşkilatçıları gəncləri önə verirlər və onlar da bu fitvaya gedərək mitinq öncəsi şəhərin müxtəlif yerlərində qanunsuz hərəkətlərə yol verirlər. Nəticədə onlar həbs olunurlar...».

Etibar Salmanlı:

«Həbs olunanlardan birini ailəsinin yanında heç bir qəhrəmanlıq göstərmədən həbs etmişdilər. Təbriz Önəri isə dərsə gedərkən həbs ediblər. Bunu onların qəhrəman olmaq istəyi ilə bağlamaq gülüncdür...».

XS
SM
MD
LG