Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Qan Turalı və Tehran Əlişanoğluna qarşı iddialar, Natiq Rəsulzadənin onluqdan gileyi...


(Soldan sağa) Mahir Qarayev və Kəramət Böyükçöl. Azadlıq Radiosunun Bakı bürosu, "Pen klub" proqramı, 31 mart 2011

(Soldan sağa) Mahir Qarayev və Kəramət Böyükçöl. Azadlıq Radiosunun Bakı bürosu, "Pen klub" proqramı, 31 mart 2011

Azadlıq Radiosunun "Pen klub" proqramında Milli Kitab Mükafatının yenicə elan edilmiş onluğunun nə dərəcədə obyektiv olduğu müzakirə edildi.

Onluğu seçənlərdən biri Mahir Qarayev, əsəri onluğa düşməyən gənc yazar Kəramət Böyükçöl (“Çöl” romanı) verilişin qonağı oldular. Proqrama telefonla yazıçılar Natiq RəsulzadəZərdüşt Şəfizadə də qatıldılar.


Mahir Qarayev

...Onluq elan ediləndən təxminən 3 gün əvvəl artıq ekspertlər öz qərarlarını vermişdilər. Və siyahı təşkilatçıya təqdim olunmuşdu.

AzadlıqRadiosu:


Mahir QARAYEV:

"Mənim də, digərlərinin də bir səsi olub.

Onlar mənim qərarıma təsir edə bilməzdilər. Sadəcə olaraq mən bir adama yüksək bal verirəm, istəyirəm o növbəti mərhələyə keçsin. Digərlərinin verdiyi bal aşağı olursa, onda mənim arzum ürəyimdə qalır.

Yəni Qan Turalı istəsə kiməsə yüksək, kiməsə aşağı bal verə bilər. Amma mənə qərarımda təsir edə bilməz.

Məsələn Yaşar da, mən də Cavid Zeynallının əsərinə yüksək bal vermişdik. Amma ümumi balları az oldu deyə 10-luğa keçmədilər".
Kimlərsə xəbər tuta bildimi 10-luğa düşüb-düşməməsi barədə vaxtından əvvəl? Zəng edib soruşanlar yox idi?

Mahir Qarayev:

Məndən soruşan olmadı. Amma mən özüm Nəriman Əbdürrəhmanlıya (şəxsi tanışlığımız var onunla) zəng edib təbrik elədim onu. Və bu əslində gözlənilən bir təbrik idi.

Çünki ona əvvəldən də müşahidələrimə əsaslanaraq əsərinin 10-ğa düşəcəyini demişdum. Mən artıq 2-ci ildir ekspertəm.

Təcrübəm bunu duymağa imkan verir. Əslində 20-likdən sonra 10-luğu müəyyən etmək texniki məsələ idi. Çünki əsərləri artıq hamı oxumuşdu. Ona görə də 10-luğun seçimində ciddi mübahisə olmadı.

Təxminən 6-7 əsər hamıda üst üstə düşdü. Deyək ki, mənim 10-da görmək istədiyim əsərlərin təxminən 3-ü çöldə qaldı. Həmçinin digər ekspertlərdə əsərlərin 2-si, ya 3-ü çöldə qaldı.

AzardlıqRadiosu:

Deyə bilərsinizmi kimin əsəri daha çox müzakirəyə səbəb oldu, ancaq kənarda qaldı?

Mahir Qarayev:

Mən bu 10-luğa imza atmışam və məhsuliyyətini də daşıyıram. Amma öz əvəzimdən danışa bilərəm.

İstərdim ki, gənclər burada daha çox təmsil olunsunlar. Mən məsələn bu 10-luqda Zərdüşt Şəfizadənin, Kəramət Böyükçölün və Cavid Zeynallının əsərlərini görürdüm. İstəyərdim olsunlar. Şəxsən mən Kəramətin əsərini çox bəyəndiyimi dəfələrlə demişəm.

AzadlıqRadiosu:

Hansı əsərlərin yerinə bunların olmasını istərdiniz?

Mahir Qarayev:

Onu deyə bilmərəm. Çünki bunu artıq verilən ballar həll edirdi. Əgər bu dediklərimdən hansınasa daha yüksək bal verilsəydi, o özü hansısa aşağı ballı əsəri sıxışdırıb siyahıdan çıxaracaqdı. Yəni məsələni ekspert yox, rəqəm həll edir.

AzadlıqRadiosu:

Onda deyə bilərsinizmi bu 10-luqda ən çox bal toplayan ilk üç əsər hansılardır?

Mahir Qarayev:

Mahir Qarayev
Deyə bilmərəm. Çünki ötən il də biz ekspertlər öz aramızda qeyri-rəsmi də olsa ilk üçlüyü müəyyənləşdirmişdik. Amma demədik. Biz indi bunu desək, bundan sonrakı seçimə, yəni münsiflərin işinə müdaxilə etmiş oluruq.

AzadlıqRadiosu:

Yaxşı, indikini deməyin. Amma keçən il, Qaraqanın əsəri sizin müəyyənləşdirdiyiniz siyahıda ən çox bal toplayan idi ya yox?

Mahir Qarayev:

Yadımda qalan odur ki, biz o vaxt 10-luğu müəyyənləşdirəndən sonra, maraq üçün özümüzü münsiflərin yerinə qoyub gizli səsvermə ilə 3-lüyü də seçdik.

AzadlıqRadiosu:

Kimlərin əsərləri idi həmin 3-lükdə?

Mahir Qarayev:

Qərarımızı açıqlayanda məlum oldu ki, bu Fəxri Uğurlunun, Rafiq Tağının və Şərif Ağayarın əsərləridir.

AzadlıqRadiosu:

Kəramət bəy, siz öz əsərinizi bu siyahıdakılardan hansının yerinə 10-luqda görürsünüz?

Kəramət Böyükçöl:

Əsərimin keçib-keçməməsindən asılı olmayaraq ümumən ədəbiyyat adına görülən bu işi ürəkdən alqışlayıram.

Ancaq mənim çox hörmət etdiyim Mahir Qarayev vəziyyəti ümumi danışdı.

Daxili məsələlərə toxunmadı. Əvvəla deyim ki, elan olunan bu 10-luğun artıq bir neçə gün əvvəldən bəzi saytlarda, mətbuatda yayılması ekspertlərin öz işlərini yaxşı görməmələrinə sübutdur.

Əgər bəlli idisə, bu niyə 3 gün əvvəl yox, indi elan olunur.

Bu bir. İkincisi də ki, mən Qan Turalının da, Tehran Əlişanoğlunun da zövqlərinə bələdəm. İndi bu 10-luğa baxanda görürəm ki, buradakı əsərlər onların zövqü deyil.

Yəni bu siyahıda elə əsərlər var ki, Tehran Əlişanoğlu, Qan Turalı onlar haqqında heç vaxt yaxşı fikirdə ola bilməzlər.

AzadlıqRadiosu:

Kimlərin əsərləridir onlar, adlarını demək olarmı?

Kəramət Böyükçöl:

Mən indi konkret adlarını çəkməyim. Ad çəkmək istəmirəm. Amma baxan kimi hiss olunur. Ad çəkmək də olar, biz bu məsələyə bir daha qayıdarıq.

Gənc yazar Kəramət Böyükçöl
Ancaq məsələ bundadır ki, hələ 20-lik açıqlanmamış mətbuatdan da görürdük ki, Qan Turalı və Tehran Əlişanoğlu MKM-ya böyük bir hikkə ilə, hirslə, sanki qisasçılıq hissi ilə ekspert kimi gəliblər ki, kimlərdənsə intiqam alsınlar.

Sanki, deyirdilər ki, gəlmişik və niyyətlərimizi həyata keçirdəcəyik. Necə ki, keçirdilər də. Müəyyən olunan 10-luq necə mətbuata sızmışşdısa eləcə də ekspertlərin aralıq söhbətləri də gəlib bizə çatırdı.

Mahir Qarayev:

Ötən il qərara alınmışdı ki, ekspertlərin adları gizlin saxlansın. Axıra kimi də belə oldu. Bu il isə bu məsələ açıq oldu. Bəlkə məlumat sizmasına bunun da bir təsiri olub.

Kəramət Böyükçöl:

O başqa bir məsələdir. Amma ekspertlər arasında olan söhbətlərin yayılmasını mən düz saymıram.

AzadlıqRadiosu:

Qan Turalı və Tehran Əlişanoğlu sizin 20-liyə keçmənizə nədən mane olub da öz qisaslarını almalı idilər, əgər əlbəttə bu qisasçılıq məsələsi varsa, niyə bu işi 10-luğa qədər yubatdılar?

Kəramət Böyükçöl:

Mən Qan Turalı və Tehran Əlişanoğlunu ona görə qeyd etdim ki, onlar fəal ekspertlərdir. Yəni fəal və qeyri-fəal ekspertlər olur.

Söhbət konkret maraqları olan ekspertlərdən və belə marağı olmayan ekspertlərdən gedir. Mən bu siyahıya baxanda Tehran Əlişanoğlu ilə Qan Turalının adamlarını görürəm.

AzadlıqRadiosu:

Onların da kimliyini demək olmaz?

Kəramət Böyükçöl:

Deyərik, deyərik. Məsələ burasındadır ki, 20-likdən əvvəl 30-luq müəyyən edilmişdi. Həmin 30-luğa zorla keçənlər gəlib indi 10-luğa düşüblər.

AzadlıqRadiosu:

Hamısını nəzərdə tutursunuz, ya bəzilərini? Əgər hamısını nəzərdə tutmursunuzsa, kimləri bu siyahıya layiq bilirsiniz?

Kəramət Böyükçöl:

Şübhəsiz ki, bax bu 4 nəfər - Pərviz Cəbrayıl, Aslan Quliyev, Etimad Başkeçid, Məqsəd Nur bu onluğa layiqdir.

AzadlıqRadiosu:

Bəs Azər Abdulla, Nəriman Əbdürrəhmanl, Paşa Qəlbinur, Natiq Rəsulzadə, Mirmehdi Ağaoğlu və Natella Osmanlı?

Mahir Qarayev:

Kəramət bəy, siz bu 10-luğa düşən əsərlərin hamısını oxumusunuz?

Kəramət Böyükçöl:

Yox. Mənim bu əsərlərlə, təxminən də olsa, ümumən tanışlığım var. Amma mən məsələni daha konkret nöqtəyə yönəltmək istəyirəm.

MKM –nın bu siyahısının özülü konkret olaraq ömrü boyu məhəlləçilik təfəkkürü ilə yaşayan Tehran Əlişanoğlunun və Qan Turalının maraqları üzərində qurulub.

Tehran Alışanoğlu AYB-yə müxalif movqedə dayanan adamdır.

Zərdüşt Şəfizadə
Vaxtı ilə AYB-nin üzvü olanda ona istədiyi vəzifə verilməyib. O bu müsabiqədə də AYB təmsilçilərinə -məsələn mənim, Cavid Zeynallının, Zərdüşt Şəfizadənin əsərlərinə aqressiv mövqedə olub.

O cümlədən də Qan Turalının məqsədi onun məqsədilə üst-üstə düşüb.

AzadlıqRadiosu:

Mahir bəy, doğrudanmı bu iki nəfər- Tehran Əlişanoğlu və Qan Turalı sizin qərarınıza təsir edə bilirdilər?

Mahir Qarayev:

Qətiyyən. Ekspert kimi bizdən əsərə qiymət vermək tələb olunub. Biz bunu etmişik. Mənim də bir səsim olub, digərlərinin də.

Onlar mənim qərarıma təsir edə bilməzdilər. Sadəcə olaraq mən bir adama yüksək bal verirəm, istəyirəm o növbəti mərhələyə keçsin. Digərlərinin verdiyi bal aşağı olursa, onda mənim arzum ürəyimdə qalır.

Yəni Qan Turalı istəsə kiməsə yüksək, kiməsə aşağı bal verə bilər. Amma mənə qərarımda təsir edə bilməz.

Məsələn Yaşar da, mən də Cavid Zeynallının əsərinə yüksək bal vermişdik. Amma ümumi balları az oldu deyə 10-luğa keçmədilər.

Məsələn Etimad Başkeçidin əsərini oxudum. Deyim ki, o əsər bu 10-luğa keçməyə ən layiqlilərdən biridir.

AzadlıqRadiosu:

Bakıdan Şahid adlı dinləyici yazır ki: “Ekspertlər biabırçı şəkildə işləyiblər. Məsələni tapşırıqla həll ediblər. Natellanı Nigar Köçərli, Mirmehdini Qanturalı keçirdib. Aslan Quliyevi, Məqsəd Nuru isə Tehran keçirdib.

Bir sözlə, oyun qurulub və hərə öz adamını keçirdib. Ayıb olsun balaca despotlara, yaxşı alver yeri tapıblar”.

Anar adlı dinləyici də əlavə edir ki, Etimad Başkeçid keçən il balaca despot-yəni ekspert olub. Bu ilki despot yoldaşları da onun əziyyətini yerə vurmayıblar. Yəni əl əli yuyar, əl də üzü.

Səkinə adlı dinləyici isə hesab edir ki, bu SMS-ləri əslində siz-Kəramət Böyükçöl yazmısınız, sadəcə başqa ad altında.

Kəramət Böyükçöl:

Yox, mən yazmamışam. Əgər fikirlərimi burada açıq şəkildə deyirəmsə, niyə orada başqa adla yazım ki.
Amma mən də o fikirlərlə razıyam. Kimdisə çox dəqiq yazıb. Doğrudan da bu fikirlərlə razıyam.

Bəli Etimad Başkeçidin 10-luğa düşməyinə ekspertlər - öz yoldaşları belə bir məqamda kömək kimi... İndi Mahir müəllim bir az yumşaldır vəziyyəti. Amma bilirsiniz, ekspertlərə çox zənglər olub.

AzadlıqRadiosu:

Natiq Rəsulzadə
Kəramət bəy, siz ümumiyyətlə zəng edib ekspertlərdən nəsə soruşmusunuz? Lap elə kiminsə bayramını təbrik etmisiniz?

Kəramət Böyükçöl:

Xeyir. Elə ona görə də vicdanım rahatdır. Bax o bayramı təbrik etməyi dəqiq göstərdiniz.

Əslində bunların hamısı maraqlara xidmət edən, yaxınlaşmaq üçün olan şeylərdir. Mən burada ekspertlərin vicdanına, ədəbi əxlaqına inanmışam.

Biz bütöv bir ədəbi nəsil kimi formalaşsaq da ən böyük bəlamız odur ki, qalıqlarla bir yerdə yaşayırıq.

Bax o qalıqlar bizə həmişə mane olublar. Bu gün də öz qalıqlıqlarını göstərirlər.

Zərdüşt Şəfizadə (telefonla):

Mahir Qarayevə və dügər ekspertlərə təşəkkür edirəm. Əziyyət çəkiblər. MKM-nı da dəstəkləyirəm.

Maraq doğuran müsabiqədir. Mən 10-luğa düşənlərə baxdım. Bu əsərlərlə tanış deyiləm Ona görə barələrində heç nə deyə bilmərəm.

Bəlkə doğrudan da onlar layiqdilər. Kitablar nəşr ediləndən sonra oxuyub bir söz deyərik yəqin ki.

Ekspertlərin fikirlərinə də inanıram. İştirak etməyimdən peşman deyiləm. 112 nəfərin içində 20-liyə düşməyim mənim üçün bir növ özünü təsdiq idi.

Müsabiqədə iştirakdan peşiman deyiləm. 10-luğa düşənlər üçün də uğurlu olsun!

Kəramət Böyükçöl:

Bizim kənddə bir qaçqın qadın bir jurnalist qızın suallarını cavablandırarkən ərinin Xocavənddə, oğlunun Xocalıda öldürüldüyünü, qızınınsa Şuşada girov götürüldüyünü deyir.

Sonra jurnalist soruşur ki, bəs indi xala indi özünü necə hiss edirsən? Qadın deyir çox yaxşı, başına dönüm.

İndi bu Zərdüşt Şəfizadənin fikirləri mənə o əhvalatı xatırlatdı (gülür) . Bilirsiniz, ekspertin həm də gərək ədəbi namusu olsun.

Mən bunu Tehran Əlişanoğluda, Qan Turalıda görmədim. Ona görə də bu mükafatlar hamısı ötüb gedəcək.

Ancaq onların üzündən heç vaxt bu qara çəkilməyəcək.

Biz onsuz da yazacağıq. Bu ədəbi müsabiqələr mənim yaradıcılığıma heç vaxt mane olmayacaq. Amma içimdə bir narazılıq varsa niyə də onu burada deməyim təbii məsələdir.

Natiq Rəsulzadə (telefonla):

Əgər bu müsabiqəni Milli Mükafat adlandırırlarsa, ona ciddi yanaşmalıdılar. Çalışmalıdılar ki, 20-liyə, 10-luğa təsadüfü adamlar düşməsin.

Bütün müsabiqələrin həmişə qaranlıq tərəfləri olur. Burada 100 faiz obyektivlik heç vaxt olmur.

Amma bütün hallarda milli mükafatdan söhbət gedirsə, gərək səviyyəni yüksək tutsunlar. İlk dəfə nəsr yazan şairin düşməsi nə deməkdir?

Yaxud keçən il də hiss olundu ki, çalışırlar ilk növbədə cavanları keçirtsinlər.

Amma axı bu cavanların müsabiqəsi deyil. Burada orta və yaşlı nəsil də var. Bilirsiniz, nəsr elə şeydir ki, orada istedaddan başqa mütləq həyat təcrübəsi də tələb olunur.

20 yaşında uşaqda nə həyat təcrübəsi ola bilər. Cavanlar üçün başqa bir mükafat elan etsinlər.

Yoxsa 20 yaşında uşağa milli mükafat verirsən. 10 ildən sonra bu menecer, mühəndis, yaxud indi dəbdə olan peşələrdən birinin sahibi olsun, yazıçılıq heç yadına da düşməz.

Amma adı 2010-cu ildə milli mükafat alan yazıçı kimi qalacaq.

Digər bir məsələ. Burada mən hiss elədim, bilirsiniz mən rusdilli yazıçıyam. Bunu da heç vaxt nöqsan kimi qəbul etməmişəm və etmərəm.

Azərbaycanda 10 yaxşı tanınmış nasir varsa, onun 5-i rusdillidir. Adlarını çəkmirəm, amma siz də bilirsiniz bunu.

Rusdilli yazıçılara çox ögey münasibət var. Bəzən eşidirik deyirlər, rusdillidir, ona birinci, ikinci mükafat düşmür və sairə.

Nədi, rusdilli bəyəm xalq düşmənidir? Rus dilində zəngin ədəbiyyat var. Elə nasirlər var ki, bizim yazıçılarımız onlara heç yaxın durmur.

Yəni mən istərdim ki, 10-luqda da, sonrakı mərhələdə də qiymətləndiricilər belə şeyləri nəzərə alsınlar. Ciddi müsabiqə olmasını istəyiriksə, peşəkar yazıçıların qabağa verilməsinə çalışmalıyıq.

PROQRAMA TAM ŞƏKİLDƏ QULAQ AS
Prodüsser Maarif Çingizoğlu, foto Turxan

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG