Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:27

Fil Dişi Sahilində müxalifət Abican şəhərini mühasirəyə alıb


Fil Dişi Sahilində prezident seçilmiş Alasana Uattaranın tərəfdarları Abican şəhərini mühasirəyə alıblar.

Həmçinin usyançılar San-Pedro limanını ələ keçiriblər.

Cənubi Afrika Respublikası bəyan edib ki, hazırkı prezident Loran Qbaqboya sadiq ordunun qərərgah rəisi Filip Manqu bu gün ölkənin Fil Dişi Sahilindəki səfirliyindən siyasi sığınacaq istəyib.

Beynəlxalq aləm Fil Dişi Sahilində keçirilmiş prezident seçkisində Alassana Uattaranın qələbəsini tanısa da hazırkı prezident Qbaqbo hakimiyyətdən getmək fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG