Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:18

İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olub


AzTV-nin verdiyi məlumata görə, presidentin Bakı ətrafı qəsəbələrə səfəri martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə verdiyi tapşırıqların necə icra olunması ilə bağlı olub.

İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin yaşadığı, «Teplitsa» kimi tanınan yaşayış sahəsində olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirib ki, prezidentin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı şəkildə təmirinə başlanıb. İlham Əliyev Zabrat sakinləri ilə də görüşüb.

Daha sonra prezident Suraxanı rayonunun Bülbülə kəndində görülən işlərə baxıb,sakinlər ilə görüşüb.

İlham Əliyev «Atəşgah» məbədinə də baş çəkib, burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG