Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:32
Martın 31-də əksəriyyəti gənclər olan 50-yə yaxın adam AXCP sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirib.

Əllərində «Əli Kərimli + radikal islamçılar = xaos» və s. plakatlar tutan gənclər AXCP sədri əleyhinə şüarlar səsləndiriblər. Onlar həmçinin, «Yaşasın İlham Əliyev!», «Yeganə prezidentimiz, yeganə liderimiz İlham Əliyevdir» və hakim YAP-ı dəstəkləyən şüarlar səsləndiriblər.

Aksiyaçılar müxtəlif gənclər təşkilatlarını təmsil etdiklərini bildiriblər.

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Daşqın Qənbərov da aksiyada olublar. Samirə Quliyeva AzadlıqRadiosuna deyib ki, nə aksiya iştirakçısı, nə də təşkilatçısıdır.

Süleyman Rəhimov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsindən başlanan aksiya Heydər Əliyev adına Saraya qədər davam edib və sarayın qarşısında başa çatıb.

Aksiya iştirakçıları nəqliyyatın hərəkətinə maneçilik yaratsa da, polis aksiyaya hər hansı müdaxilə etməyib.

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna deyib ki, bu aksiyanı hakimiyyət təşkil edib və bununla müxalifəti mübarizədən çəkindirmək istəyir. Ancaq o, partiya üzlərinə tapşırıb ki, qarşıdurma baş verməməsi üçün heç kim aksiya gedən yerə yaxınlaşmasın.

Əli Kərimli bu üsulların onu mübarizədən çəkindirməyəcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG