Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Sarkisyan Xankəndinə ucacaq ilk təyyarənin sərnişi olacağını deyib


Ermənistan prezidenti Serj Sarkisyan Xankəndinə uçacaq ilk təyyarənin ilk sərnişini olacağını deyib.

"Armenia Today" saytının məlumatına görə, o bunu İsveçrə prezidenti Mişelin Kalmi Reylə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağla Ermənistan bu məsələni beynəlxalq instansiyalarla razılaşdırmaq üçün lazımi səylər göstərəcək.

Dağlıq Qarabağdakı separatçı rejim Xankəndində tikilən hava limanının mayın 9-da açılışını planlaşdırılır.

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərindəki hava məkanı uçuşlar üçün qapalıdır.

Azərbaycan hökuməti öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.
XS
SM
MD
LG