Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:55

Rusiyada hər 47 kişiyə 53 qadın düşür


Rusiya futbol yığmasının qələbəsini bayram edirlər
Rusiya futbol yığmasının qələbəsini bayram edirlər
Rusiya hökuməti 2010-cu ildəki siyahıyaalmanın ilkin nəticələrini açıqlayıb.
Son belə siyahıyaalma 2002-ci ildə keçirilmişdi.

DEMOQRAFİK BÖHRAN

Yeni siyahıyaalmaya görə, son 8 ildə Rusiya əhalisinin azalması davam edib.

Əhali 2 milyon 200 min nəfər və ya 1,6 faiz azalıb. Hazırda Rusiyada 142,9 milyon adam yaşayır.

Rusiyanın 83 regionundan cəmi 20-də əhali artıb, bunlar da etnik regionlardır, yəni burda əsas əhali qeyru-rus milliyətindəndir.

Rusiyada ikinci böyük demoqrafik problem qadınların kişilərdən çox olmasıdır.
Hazırda hər 47 kişiyə 53 qadın düşür.

Rusiyanın Statistika Xidmətinin rəhbəri Aleksandr Surinov deyir ki, Rusiyada kişilərlə qadınların sayı arasında belə natarazlığın bir əsas səbəbi kişilər arasında erkən ölümün çoxluğudur.

Siyahıyaalma Rusiyada çoxdandır ki, davam edən demoqrafik böhranı bir daha təsdiqlədi.
BMT-nin 2009-cu il hesabatına görə, Rusiya əhalisi 2050-ci ilə azalıb, 116 milyona düşəcək.

İSTEHLAKÇI CƏMİYYƏT PROBLEMİ?

Moskvadakı Ali İqtisadiyyat Məktəbinin siyasi elmlər kafedrasının rəhbəri Mark Urnov deyir: “Bu günki demoqrafik proses, yəni əhalinin azalması çox güclü prosesdir. Dövlət büdcəsi ilə artımı həvəsləndirməklə iş bitmir. Bu, həm də mədəniyyət məsələsidir. Biz istehlakçı cəmiyyətində yaşayırıq. Belə olanda həmişə təbii artım azalır. Bu, Avropada da müşahidə olunur. Bir az zəif şəkildə ABŞ-da da eyni proses gedir.”

Rusiya əhalisinin 73 faizi şəhərlərdə yaşayır.
Moskva və Sankt Peterburqun əhalisi son 8 ildə artıb.

Əhali Çeçenistanda, Dağıstanda, Şimali Qafqazda da artıb.
Ancaq Memorial insan haqları qrupunun Şimali Qafqazdakı fəalı Usama Baisayev deyir ki, 2002-ci ildə Çeçenistanda siyahıyaalma çox çətin şəraitdə gedirdi. Ona görə o vaxtki rəqəmlər olduğundan az idi.

90-CI İLLƏR NƏSLİ


Siyahıayalmanın indiki nəticələrini müsbət qarşılayanlar da var. Onların fikrincə, 1990-cı illərdəki demoqrafik fəlakət aradan qalxıb. Doğumların sayı artıb. Vəziyyət sabitləşib.

Ancaq bunun əksini düşünənlər var. Onların fikrincə, doğumlar ona görə artıb ki, indi uşaqları olanlar 1980-ci illərdə anadan olanlardır. Onların yerinə 1990-ci illərdə anadan olanlar gələndə vəziyyət yenə pisləşəcək. Çünki 90-cı illərin nəsli daha azsaylıdır.

Tatarıstan Elmlər akdemiyasının demoqrafik tədqiqatlar mərkəzinin rəhbəri Flora İldarxanova deyir: “Əhali artıb. Ancaq tezliklə yenə azalacaq. İndi 90-cı illərdə anadan olanların uşaqları olmalıdır. Onda demoqrafik “deşik” yaranacaq”.

Siyasi təhlilçi Urnov isə deyir ki, beyin axını da demoqrafik problemi yaradan əsas səbəblərdəndir:
“Bu yaxınlarda regionlarda keçirilmiş araşdırma göstərdi ki, xırda və orta bizneslə məşğul olanlar pullarını qorumaq üçün çıxıb-gedirlər. Bəs kim qalır?”

Urnovun fikrincə, “əgər Rusiya vəziyyəti kökündən dəyişmək istəyirsə, uzunmüddətli büdcə siyasətini dəyişdirməlidir. Təhsilə, uşağa baxmağa, uşaq bağçalarına, məktəblərə, mədəniyyətə xərcləri artırmalıdır. Uzun müddətə hesablanan dəyərlər sistemi yaradılmalıdır. Bəlkə onda vəziyyət düzələ”.

RUSİYADA NƏ QƏDƏR AZƏRBAYCANLI YAŞAYIR?

Hökumətin açıqladığı ilkin sənədlərdə Rusiyada hansı milliyətdən nə qədər adamın yaşaması hələlik göstərilmir.

2002-ci ildəki siyahıyalamaya görə, Rusiyada 116 milyon rus yaşayırdı. İkinci yerdə tatarlar idi- 5,5 milyon.

Azərbaycanlıların sayı 622 min idi. Ermənilərin sayı isə 1 milyon 130 min.
O da yəqin ki, maraqlıdır- Rusiyada 8 il əvvəl 600 min alman yaşayırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG