Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

ABŞ Bəşər Əsədi kəskin ittiham edib


ABŞ Suriya prezidenti Bəşər Əsədi etirazçıların hökumətdən tələb elədiyi islahatlara məhəl qoymamaqla bağlı kəskin ittiham edib.

Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Bəşər Əsədin parlamentdəki çıxışı mahiyyətdən uzaq olub. Əsəd öz nitqində iki həftədir ölkədə davam edən etirazlarda "düşmənlərin" əli olduğunu söyləyib. O, qabaqcadan deyildiyi kimi heç də fövqəladə vəziyyətin ləğvini elan etməyib. Bir neçə saat sonra isə liman şəhəri Latakiyada etirazlar və atəş səsləri ilə bağlı məlumatlar yayılıb.
XS
SM
MD
LG