Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Milli Kitab Mükafatının ilk onluğu açıqlandı


Bu gün Milli Kitab Mükafatının qısa siyahısı elan olunub. Siyahıda Etimad Başkeçidin "Kenterberri", Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən", Məqsəd Nurun "Şəhər meri", Natiq Rəsulzadənin "Xunxarlar", Natella Osmanlının "Mən axmağam", Nəriman Əbdürrəhmanlının "Yolsuz", Paşa Qəlbinurun "Qara su", Pərvizin "Yad dildə", Aslan Quliyevin "Sonuncu" və Azər Abdullanın "Sarı tağ" əsərləri var.

Müsabiqənin təşkilatçısı Nigar Köçərli deyib ki, onluqdakı əsərlərdən bir parça internet saytında elektrpn səsverməyə də çıxarılacaq. Oxucuların qalibini isə mükafatlandıracaqlar.

Bu ilki müsabiqəyə 112 əsər təqdim olunub. Əvvəlcə ilk iyirmilik seçilmişdi. Ekspertlərin seçdiyi sonuncu onluqdan isə münsiflər üç əsəri seçəcəklər.
Münsiflər heyətinə bir sıra yazarlar, elm adamları, jurnlaistlər, naşirlər və rejissorlar daxildir.

Birinci yerin qalibi üç min, ikinci yeri tutan iki min, üçüncü yeri tutan isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.
Ötən il müsabiqənin qalibi Elxan Qaraqanın “A” romanı olmuşdu və bu nəticə ədəbi dairələrdə birmənalı qarşılanmamışdı.
XS
SM
MD
LG