Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

Belarus iki prezidentliyə namizədin ittihamını yumşaldıb


Belarus iki prezidentliyə keçmiş namizədə qarşı ittihamları yumşaldıb. Müxalif yönlü Xristian Demokratiya partiyasının sədri Vitali Rmaşevski və Vladimir Neklyayev ötən ilin dekabrında keçirilən prezident seçkisindən sonra baş verən etiraz aksiyaları zamanı həbs olunan digər beş namizədlər arasında olub. Onlar 15 ilə qədər həbs müddəti olan ittihamla - kütləvi iğtişaşlar yaratmaqda suçlandırılıblar.

Bu günkü məlumata görə, Daxili İşlər Nazirliyi deyib ki, onlar indi ictimai qayda-qanunu pozmaqda ittiham olunurlar. Bu ittihama görə, onları 3 ilə qədər həbs gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG