Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31
Astara gömrüyündə yeni qayda tətbiq edilib. İrandan qayıdan hər bir şəxs özü ilə 10 kiloqram yük gətirə bilər. Əlavə gətirilən hər kiloqram yük üçün 20 qəpik rüsum tələb olunur.

Astara şəhər sakini Fəzail Məmmədov deyir ki, kənd təsərrüfatı məhsullarına böyük ehtiyacları var:

«İranda bu məhsullara pul verib alırıq. Əslində, bunun iranlılara daha çox xeyri var. Bir neçə aydan sonra özümüzdə kənd təsərrüfatı məhsulları yetişəcək. Onda bu məhsullara ehtiyac olmayacaq. Astara gömrükxanasında məhsulların gətirilməsinə məhdudiyyətlərin qoyulmasını başa düşmürəm».

Sabiq gömrük xidməti kapitanı Elman Hüseynovun fikrincə isə, Astara gömrüyündə belə bir qaydanın tətbiqi qanunsuzdur. Gömrüklə bağlı heç bir qanunda 10 kiloqram yük söhbəti yoxdur.

Astara gömrüyündə belə bir qaydanın tətbiqi yerli bazarlarda kartofun, soğanın və s. kənd təsərrüfatı məhsulların bahalaşmasına səbəb olub. Kartofun bir kiloqramı 50-60 qəpikdən 80-90 qəpiyə qalxıb.

Məsələ ilə bağlı Astara gömrükxanasından münasibət öyrənmək istəsək də, onlar suallarımıza cavab vermədilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG