Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:05
Suriya prezidenti Bəşər Əsəd ölkəsində baş qaldıran üsyana münasibətini martın 30-da televiziya ilə xalqa müraciətində açıqlayıb.

Əsəd baş verənləri bəzi düşmən qüvvələrin Suriyaya qarşı “böyük sui-qəsdi” adlandıraraq bunda məqsədin ölkədə sabitliyi pozmaq və məzhəb davası salmaq olduğunu deyib.

Suriyanın bəzi əyalət şəhələrində küçələrə çıxıb daha çox azadlıq tələb edən insanlar prezidentin öz çıxışında güzəştlər elan edəcəyini gözləyirdilər -

Xüsusən də 48 ildir ki qüvvədə olan fövqəladə vəziyyətin ləğvini

Amma ölkədə mülki azadlıqları məhdudlaşdıran və hakim Baas Partiyasına müstəsna səlahiyyətlər verən fövqəladə vəziyyət ləğv edilməyib.

11 il qabaq vəfat etmiş atasının yerinə keçmiş və indi 45 yaşı olan Əsəd özünü islahatçı kimi təqdim edib. O bildirib ki, hazırda siyasi və iqtisadi islahatlar aparmaqdadır və bu sonda fövqəladə vəziyyətin ləğvi ilə nəticələnəcək.

12 gündür ki, davam edən etirazlar Suriyada görünməmiş hadisələrə yol açıb.

Aksiyaçılar bəzi şəhərlərdə Bəşər Əsədin portretlərini yandırıb, onun atası, keçmiş prezident Hafiz Əsədin heykəllərini uçurublar.

Hökumət qüvvələrinin üsyançılara açdıqları atəş nəticəsində 60-a yaxın adam ölüb.

Əsəd xalqa müraciətini parlament tribunasından edib.

Parlament onun Baas partiyasının nəzarətindədir

Deputatlardan bəziləri yerlərindən - onun çıxışını dəstəkıəyiblər.

Bir yaşlı deputat Əsədə müraciət edərək “Bizi müdafiə edin” və “Xahiş edirəm sərt olun!”deyib.
Deraada etirazlar. 24 mart 2011

Bir qadın deputat Əsədə həsr edilmiş şeir də söyləyib.

Dəməşq küçələrində isə martın 30-da on minlərlə hökumət tərəfdarı aksiya keçirib.

Onlar “Əsəd, biz canımız-qanımızla səni dəstəkləyirik“ kimi şüarlar səsləndiriblər.

Əsəd öz çıxışında deyib ki, insanların islahat tələb etməsi qanunidir, amma kütləvi etirazlar xarici qüvvələrin işidir.

Suriyada əhalinin böyük hissəsi sünnidir. Əsəd isə azlıqda olan şiələri təmsil edir.

Prezident deyib ki, düşmənlər məzhəblər arasında dava salmağa çalışır.

Üsyanlar Deraa şəhərində başlanıb. Əsəd deyib ki, Deraa əhalisi “vətənpərvər və millətsevərdir, əgər onları aldadan olmasaydı, küçəyə çıxmazdılar”.

Qərbdə Əsədə ikili münasibət var.

Bəziləri hesab edir ki, Əsəd islahat aparmaq istəyir, amma buna atasından qalma köhnə komanda mane olur.

Digərləri isə düşünür ki, Əsədə uzun müddət hakimiyyətdə qalmaq üçün repressiv metodlar sərf edir.

Şərhləri göstər

XS
SM
MD
LG