Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44
Sumqayıtda yaşayış binalarının kənarındakı mağazaların sökülməsinə başlanılıb.

Mağaza sahibləri AzadlıqRadiosuna bildiriblər ki, əllərində sənədi olanlara da güzəşt olunmur və heç kəsə bunun qarşılığında kompensasiya ödənilmir. Onlar deyirlər ki, mağazaların sökülməsi onlarla ailənin yoxsulluğuna səbəb olacaq. Narazı mağaza sahibləri məhkəməyə müraciət edəcəklərini deyirlər.

Sumqayıt icra hakimiyyətinin rəsmisi Kənan Babayev AzadlıqRadiosunun müxbirinə bildirib ki, mağazaların sökülməsi şəhərin abadlaşdırılması ilə bağlıdır və yerli icra hakimiyyətinin göstərişidir.

Artıq 40-dan çox mağaza sökülüb, Kənan Babayevin sökülməli daha çox mağazanın olduğunu söyləsə də, onların sayı barədə məlumat verməyib. Ancaq onu əlavə edib ki, şəhid ailələri, müharibə veteranlarına güzəşt olunacaq.

Sökülən mağazalar arasında 1970-ci illərdə və son dövrlərdə tikilən və özəlləşdirilənlər də var.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG