Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37

400 milyon manatlıq su anbarı və su elektrik stansiyası


Layihəyə əsasən, Şəmkirdə 5 rayonu (Gəncə, Göygöl, Şəmkir, Samux və Goranboy) içməli su ilə təmin edəcək su anbarı tikilir. Bu anbar vasitəsilə həmçinin, 75 min hektar əkin sahəsinin suvarılması da mümkün olacaq. O cümlədən, su elektrik stansiyasından enerji əldə olunacaq.

Bu barədə Şəmkir rayon İcra Hakimiyyəti başçısının təsərrüfat işləri üzrə köməkçisi Mayıl Məsimov məlumat verib.

Layihənin ilkin mərhələsi üçün 400 milyon manat vəsait ayrılıb. İcra işlərini tenderi udmuş Türkiyənin «Çingiz İnşaat» şirkəti həyata keçirir.

M. Məsimov deyir ki, istifadəyə veriləcək dəryaçayın su tutumu 160 milyon kubmetr, uzunluğu isə 6.1 km olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG