Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45
Milli Kitab Mükafatının bu gün elan olunan qısa siyahısını ədalətli sayırsınızmı?

Bu gün saat 14 05-dən 15 00-a qədər Azadlıq Radiosunun "Pen klub" proqramında bu mövzu müzakirə ediləcək.

Açıqlanan onluq:

Aslan Quliyev, “Sonuncu”, roman
Azər Abdulla, “Sarı tağ”, roman
Etimad Başkeçid, “Kenterberri” silsiləsi, hekayələr
Məqsəd Nur, “Şəhər meri”, roman
Mirmehdi Ağaoğlu, “Küləyi dişləyən”, hekayə
Nəriman Əbdülrəhmanlı, “Yolsuz”, roman
Natella Osmanlı, “Mən axmağam”,
Natiq Rəsulzadə, “Xunxarlar”, roman (rus dilində)
Pərviz, “Yad dildə”, roman
Paşa Qəlbinur, “Qara su”, roman

112 əsər arasından 10-nu seçən ekspertlərdən biri, şair, tərcüməçi Mahir Qarayev proqramın qonağı olacaq.

Ona sualları indidən də vermək, aşağıdakı şərhlər bölümünə yerləşdirmək olar.

Bundan başqa verilişdə - müsabiqədə iştirak edən gənc yazarlar da fikirlərini deyəcəklər.

Proqrama 14 05-dən başlayaraq sadəcə

BU LİNKİ SIXMAQLA

canlı qulaq asmaq olar.

Canlı efirlə əlaqə
Tel: 436 77 40
SMS: 050 744 10 17

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG