Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

Tikritdə hökumət binasında ölənlərin sayı 38 oldu


İraqın şimalındakı Tikrit şəhərində hökumət binasında girov götürülənlərdən ölənlərin sayı 38-ə çatıb.

Məlumatlara görə, ölənlərdən ən azı 3 nəfəri millət vəkilidir. 60 adam isə yaralanıb.

Təhlükəsizlik xidmətinin məlumatına görə, qumbaralarla, bellərinə bağladıqları partlayıcı maddələrlə silahlanmış adamlar Tikritdə yerli hakimiyyət binasına hücum edərək burdakı adamları girov götürməklə binanı tutmuşdular.

Saatlarla çəkən mübarizədən sonra binanı təhlükəsizlik qüvvələri azad ediblər.
XS
SM
MD
LG