Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Bashar Asad hökuməti istefaya göndərdi


Dəməşqdə Omayyed məscidində prezidentin istefasını tələb edən mitinq, 25 mart 2011

Dəməşqdə Omayyed məscidində prezidentin istefasını tələb edən mitinq, 25 mart 2011


Martın 29-da Suriya hökuməti istefaya göndərilib. Bu ölkədə prezident Bashar al-Asadın istefası tələbilə iki həftədir keçirilən etiraz askiyalarında azı 60 nəfər həlak olub. Amma insan haqları fəalları ölənlərin sayının azı 150 nəfər olduğunu deyirlər.

Dövlət televiziyasının məlumatına görə prezident istefaya göndərdiyi hökumətin başçısı Naji Otriyə müvəqqəti olaraq Baş nazirin səlahiyyətlərini icra etməyi tapşırıb. Otari 2003-cü ildən hökumət başçısıdır.

Hökumətin istefaya göndərilməsi ilə yanaşı, bu gün Bashar al-Asadın minlərlə tərəfdarı da bütün ölkə boyu ona dəstək aksiyaları keçiriblər. Dövlət televiziyası paytaxt Dəməşq, Aleppo, Hama və Hasaka şəhərilərində keçirilən belə aksiyaları nümayiş etdirirlər.

"Reuters" agentliyi yazır ki, onsuz da bu ölkədə hökumətin rolu o qədər də geniş deyil. Suriyada real hakimiyyət prezident Bashar al-Asad və onun ailəsinin əlində cəmləşib. Odur ki, müxalifəti bu cür addımlarla qane etməyin mümkün olacağı gözlənilmir.
Suriya prezidenti Bashar al-Assad (solda) Bakıda prezident İlham Əliyevlə görüşür, 9 iyul 2009

Hələlik ABŞ-dan Suriyada baş verənlərə sərt reaksiyalar səslənmir. ABŞ Dövlət Katibi Hillari Klinton bugünlərdə bildirib ki, Konqresdə də Bashar al-Asadi islahatçı adlandıranlar var:

- Konqresdəki tərəflərin çoxu deyirlər ki, o, islahatçıdır. Son həftələr bu ölkədə baş verənlər olduqca narahatlıq doğrurur. Amma hər halda, təyyarələrlə etiraz aksiyası keçirən adamları bombalamaqla mitinqçilərə həddən artıq güc tətbiq etmək fərqli şeylərdir.

Oklahoma Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun direktoru Joshua Landis isə hesab edir ki, hazırda ABŞ bir tərəfdən Liviya böhranı ilə məşğul olarkən, o biri yandan da Bashar al-Asadla necəsə iş görməyin mümkün olduğunu düşünür:

- Eyni zamanda da onlar bildirirlər ki, Suriyada dəyişikliklər görmək istəyirlər. Suriya İsrail və ABŞ-ın düşməni olan İranla müttəfiqdir. Onlar Bashari də yaxşı tanıyırlar. Bilirlər ki, bu ölkədə mümkün vətəndaş müharibəsi bütün regiona təsir edə bilər. Suriyada inqilab, ya da vətəndaş müharibəsi dərhal ABŞ-ın dostu olan İordaniyaya, Livana, bütün Ərəb yarımadasına yayıla bilər. Bu da ABŞ üçün olduqca arzuedilməz vəziyyət olardı.
Həmçinin oxuyun:

Bashar al-Asadın isə yaxın saatlarda xalqa müraciət edərək ölkədə son 48 ildə qüvvədə olan fövqəladə vəziyyət rejimin ləğv olunduğunu elan edəcəyi gözlənir. Onun hazırda rəhbərlik etdiyi Baath partiyası 1963-cü ildə hakimiyyətə gələndən az sonra həmin qanunu tətbiq etmişdi.

Prezidentin həmçinin ölkədə liberal islahatlar elan edəcəyi gözlənir. Bundan əvvəl rəsmilər ölkədə daha çox siyasi partiyanın fəaliyyətinə icazə veriləcəyini, media azadlığının təmin olunacağını bildiriblər.

Bahsar al-Assad artıq 11 ildir Suriyaya rəhbərlik edir. O, 2000-ci ildə atası – o zamankı prezident Hafez al-Asadın ölümündən sonra hakimiyyət başına gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG