Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47
Almaniyada “Cevdet Bey ve Oğulları” kitabını tanıdan Nobel mükafatlı türk yazarı Orxan Pamuk ərəb ölkələrində baş verənlərin onu çox sevindirdiyini deyib.

“Sevinməyim təkcə ona görə deyil ki, ərəb xalqları bundan sonra daha yaxşı yaşayacaq, müstəqilləşəcək, həm də ona görə sevinirəm ki, “İslam mədəniyyəti demokratiya ilə uyuşmaz, İslam xalqları itaətkardır” kimi stereotiplər dağıldı.

Sevinməyimin bir səbəbi də bütün dünya xalqlarının ərəb üsyanlarına sanki özləri üsyan edirmiş kimi dəstək vermələridir”.

Pamuk Hamburq Ədəbiyyat Evindəki (Hamburg Literaturhaus) tədbirdə almancaya çevrilmiş romanından parçalar oxuyub.

Ilk romanı olan “Cevdet Bey ve Oğulları” haqda danışmaqla yanaşı Pamuk ərəb üsyanlarına da münasibətini açıqlayıb.

Pamuk deyib ki, repressiv rejimlərdə hər kəs hər şeyin sonsuzluğa qədər eyni cür davam edəcəyini düşünür, amma ictimai yerlərdə rejim açıq şəkildə tənqid olunmasa da, əslində evlərdə, qapalı yerlərdə rejim tənqid edilir.

Yazıçı düşünür ki, ictimai rəy beləcə yetişir və insanlar birdən-birə küçəyə çıxanda bu bir çoxlarına təəccüblü gəlir. Halbuki proseslər yavaş-yavaş da olsa bu həddə gəlib çatıb.

Pamuk “Cevdet Bey ve Oğulları” da daxil olmaqla əksər əsərlərində müsəlman Türkiyəsinin, türk insanının Şərq və Qərb dəyərləri arasında çətin seçim cəhdindən yazır.

Və əslində çıxış yolunun bu dəyərlərin hansınısa qəbul edib digərini inkar etməkdə yox, onları sintez etməkdə - üçüncü bir yol seçməkdə görür.

Həmçinin oxu
Məhkəmə qərar verdi: Pamuk təxminat ödəməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG