Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

1995-ci ildə vərəmdən 470 məhbus ölüb


Martın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə proqramı çərçivəsində həyata keçirdiyi işlər haqqında hesabatı Azərbaycan hökumətinə təhvil verib.

BQXK 1995-ci ildən Azərbaycanda vərəmə yoluxmuş məhbusların müalicəsini təmin etmək üçün öz təcrübəsini bölüşüb.

Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinin rəhbəri Nizami Quliyev deyir ki, 1995-ci ildə təxminən 470 məhbus bu xəstəlikdən vəfat edib.

«Dünyanın hər yerində həbsxanalar sıxlıqdan, zəif qidalanmadan və səhiyyə xidmətlərinin qeyri-adekvat olmasından əziyyət çəkir. Bunların nəticəsində yaranmış çətin və mürəkkəb mühitdə vərəmlə mübarizə aparmaq çətinləşir. Bundan əlavə, məhbusların vəziyyəti heç də həmişə prioritet hesab olunmur», - deyə BQXK-nın həbsxanalarda səhiyyə xidmətlərinə nəzarət üzrə koordinatoru Raed Aburabi bildirib.

O deyib ki, Azərbaycanın təcrübəsi göstərir ki, kifayət qədər siyasi istək və iradə olduqda əhəmiyyətli irəliləyiş əldə etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG