Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:35

Obama: "Amerikanın daha bir rejim dəyişikliyinə qatılmaq marağı yoxdur"


Amerika prezidenti Barak Obama bildirib ki, Liviya lideri Qaddafi çox zəiflədilib və Qaddafinin müxalifətə qarşı hərbi kampaniyası dayandırıldı.

Prezident deyib ki, Qaddafi öz opponentlərini məhv etməklə hədələdikdən sonra o, Amerikanın beynəlxalq koalisiyaya qoşulması qərarını verib.

Prezident deyib ki, Qaddafinin hakimiyyətdən getməsi üçün Amerika öz tərəfdaşları ilə birgə işləyəcək.

Ancaq Obama bildirib ki, Amerika Qaddafini birbaşa yıxmaq üçün gücdən istifadə etməyəcək. O deyib ki, Amerikanın İraqdakı kimi daha bir rejim dəyişikliyinə cəlb olunmaq marağı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG