Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

Gəncədə 3 dini icmanın fəaliyyəti dayandırılıb


Qeyri-islam yönümlü bu icmalar qeydiyyat şəhadətnaməsi almayıb.

Bu barədə Dini Qurumlarla iş üzrə Komitənin şöbə müdiri Firudin Kərimov məlumat verib.

O bildirib ki, dini icmaların qeydiyyat şəhadətnaməsi alması üçün son müraciət tarixi 1 yanvar olub. Həmin tarixədək Gəncədə 6 islamyönümlü icmanın 3-ü qeydiyyatdan keçib, 3-ü isə sənədlərini təqdim edib.

Xristian yönümlü 7 icmanın 3-ü qeydiyyat şəhadətnaməsi almaq üçün müraciət etsə də, 3-ü sənədlərini təqdim etməyib. Möhlət müddəti də ötən ay bitdiyindən həmin icmaların fəaliyyəti dayandırılıb.

F. Kərimov deyir ki, rəsmi qeydiyyatı olmayan dini icmaların fəaliyyətinə yol verilməyəcək.

Ötən il «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Əlavələrə əsasən, dini icmalar yerli icra hakimiyyətində qeydiyyatdan keçməli və dini qurumların dövlət reyestrinə daxil olmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG