Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

İran prezidenti Tehranda Bakı ilə gələcək əməkdaşlıqdan danışıb


Iran prezidenti Mahmud Ahmadnejad martın 28-də Tehranda Baş nazirin müavini Elçin Əfəndiyevlə görüşüb. İran mətbuatının məlumatına görə, Mahmud Ahmadnejad bildirib ki, Tehran və Bakı arasında səmimi münasibətlər var və iki qonşu ölkənin təhlükəsizliyi və inkişafı gələcək əməkdaşlığa çağırır.

O, İranda Novruz bayramı mərasiminə qatılan Elçin Əfəndiyevlə görüşündə deyib ki, İran Azərbaycanın inkişafına səmimiyyətlə yanaşır və iki ölkənin maraqlarına xidmət edən ikitərəfli əməkdaşlığa hazırdır.
Mahmud Ahmadnejad əlavə edib ki, İran və Azərbaycan əhalisi həmişə bir-birlərini dəstəkləyiblər və heç bir maenə iki ölkə arasındakı münasibətlərin genişlənməsinə əngəl ola bilməz.

Elçin Əfəndiyev də öz növbəsində İranın Novruz ənənələrini yaşatmaq səylərini alqışlayıb və deyib ki, Novruz millətlər arasında təhlükəsizlik, həmrəylik və əlaqələrin gücləndirilməsi mərasimdir.
Elçin Əfəndiyev onu da deyib ki, ölkəsi bütün sahələrdə İranla "sülh və stabil" əlaqələrə hazırdır.
XS
SM
MD
LG