Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

İslam Partiyası Azadlıq meydanında mitinq keçirmək istəyir


Nardaranda etiraz aksiyası, 18 dekabr 2010

Nardaranda etiraz aksiyası, 18 dekabr 2010

Martın 29-da İslam Partiyası mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiya sədri Elçin Manafov AzadlıqRadiosuna bildirib ki, onlar Qarabağ probleminin həllini, həbsdə olan islamçıların azad olunmasını, hicab məsələsinin həllini tələb edəcəklər.

Elçin Manafov deyir ki, partiya mitinqi aprelin 8-də Azadlıq meydanında, ya da parlament binasının qarşısında keçirmək istəyir.

«Ancaq biz mitinqin icazəli keçirilməsini istəyirik, ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə mitinqin yerini müzakirə edəcəyik», - deyə partiya sədri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG