Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15

Balıqçı qayığı aşıb: 1 ölü, 1 itkin


Martın 28-də Xəzər dənizi sahilindən 6-10 km aralıda güclü külək nəticəsində balıqçı qayığı çevrilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinə məxsus helikopterlə xilasedicilər göndərilib.

Nazirliyin məlumatına əsasən, dənizdən 1957-ci il təvəllüdlü Fazil Mehbalıyevin cəsədi helikopterlə qaldırılaraq sahilə çıxarılıb.

Lənkəran rayon sakini 1977-ci il təvəllüdlü Nurid Babayev isə xilas olunub.

Hazırda xilasedicilər dənizdə itkin düşmüş Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Seyfulla Həmidovun tapılması üçün xilasetmə işlərini davam etdirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG