Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

Səudiyyə Ərəbistanında qadınların seçkilərə qatılması gələcəyə qaldı


Səudiyyə Ərəbistanı hakimiyyəti deyir, onlar hələ ki, qadınlara seçkilərdə səs vermək hüququnu verməyə hazır deyillər. Seçki Komitəsinin rəhbəri Abdulrahman al-Dahmash martın 28-də bildirib ki, gələcək seçkilərdə qadınlar da səs verə biləcəklər.

Amma o dedi ki, onlar qadınların seçici hüququna icazə verilməsi hazırlıqlarını qarşıdan gələn bələdiyyə seçkilərinə kimi tam başa vura bilməyəcəklər.

Reuters məlumat verir ki, aprel ayında bələdiyyə seçkiləri ilə bağlı seçicilərin qeydiyyata alınması artıq hazırdır. Seçki sentyabrdadır.

Səudiyyə Ərəbistanı ilk bələdiyyə seçkisini 2005-ci ildə keçirib, burda yalnız kişilər səs verib. Digər seçki 2009-cu ildə olmalı idi, amma hökumət seçkinin iki il ləngidilməsini elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG