Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Yəməndə silah zavodunda güclü partlayış baş verib


Yəməndə silahlı dəstə bir silah zavodunu ələ keçirəndən az sonra güclü partlayış baş verib. Şahidlər bildirirlər ki, Salafi Jihad adlanan həmin dəstə zavodu martın 27-də tutubmuş.

Amma partlayışın səbəbi hələlik məlum deyil. Amma partlayış baş verəndən sonra ətrafda yaşayan sakinlər zavodu qarət etməyə başlayıblar.
qarət etməyə başlayıblar.

Xəstəxana rəsmiləri hadisə zamanı 70 nəfərin həlak olduğunu bildiriblər. Amma bu xəbər müstəqil mənbələrdən təsdiq edilməyib.

Yəməndə bir neçə aydır prezident Salehin 32 illik hakimiyyətinə son qoyulması tələbilə etiraz askiyaları keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG