Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Yaponiyada qəzalı stansiyanın ətrafından plutonium maddəsi tapılıb


Yaponiyada zəlzələ və sunamidən qəzalı vəziyyətə düşmüş atom elektrik stansiyasını işlədən şirkət məlumat verib ki, stansiyanın ətrafında beş yerdə plutonium maddəsi aşkar edilib. Amma mütəxəssislər onun çox cüzi olduğunu və insanlara ciddi ziyanı olmadığını bildirirlər.

Bu gün şirkət həmçinin bildirib ki, yüksək dərəcədə radiasiyaya məruz qalmış su həmin qəzalı stansiyanın altına axıb və o, yeraltı tunellərlə okeana tökülə bilər.

Martın 11-də baş vermiş güclü zəlzələ və onun da ardınca sumanidən Fukushima stansiyasının soyutma sistemləri sıradan çıxıb. O zamandan bəri hökumət stansiyanın reaktorlarının əriyərək ətrafa radiasya yayılmaması üçün çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG