Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

İçində azərbaycanlının da olduğu gəminin Liviya məşəqqəti


"Vasilios N" Misurata limanında

"Vasilios N" Misurata limanında

Salome Asatiani


Onların qara günləri – Misurata limanı liviyalı üsyançılarla diktator Qəddafi arasında şiddətli döyüşlərin getməsinə 11 ay qalmış başlanmışdı.

9 nəfərlik heyəti olan “Vasilios N” gəmisi məhkəmə mübahisəsinə görə həbs edilmişdi.

Türkiyənin Antalya limanından çıxandan sonra gəmi fırtınaya düşmüş, yük yerindəki tonlarla sementin bir hissəsi sıradan çıxmışdı.

Bu səbəbdən sifarişçi Misurata limanında malı götürməkdən imtina etmiş, məhkəməyə müraciət etmiş və gəmiyə həbs qoyulmuşdu.

Beləlilə “Vasilios N” gəmisinin gürcü, azərbaycanlı və ukraynalılardan ibarət heyəti Misuratada pulsuz-parasız qalır, başqa gəmilərdəki dənizçilərin verdiyi yemək və dənizdən tutduqları balıqla dolanır.

Telefonlarının konturları qurtardığı üçün çox gec-gec müxtəlif üsullarla evə sağ olmaları haqda xəbər çatdırırlar.

Gəmi Gürcüstanda qeydiyyatda olsa da, sahibi italyandır və onu yunan şirkəti işlədir.

Heyət üzvü Georgi Kuraşvili deyir:

“Vəziyyətimiz çox çətin idi.

Gəminin sahiblərinə deyirdik ki, yeməyə heç nəyimiz yoxdur,

bizə ərzaq, ya da pul göndərin.

Amma bu onların vecinə də deyildi. Deyirdik ki, ac qaldığımıza görə heyətin demək olar ki bütün üzvlərinin tibbi yardıma ehtiyacı var.

Onlar heç bizə cavab verməyi də lazım bilmirdilər. Kapitan və birinci mexanik balıq tuturdular, sağ qalmağımızın səbəbi də budur”.

İtaliyadakı Gürcüstan konsulluğu bir neçə dəfə işə qarışmağa cəhd göstərib, amma sonra onlardan xəbər çıxmayıb.

Georgi deyir ki, 2008-ci ildə Gürcüstanda Rusiya ordusuna qarşı vuruşub və çətinə düşdüyü vaxtda ölkəsi tərəfindən unudulması onu məyus edib.

Misuratada döyüşlər başlananda və Ukrayna səfirliyi öz vətəndaşlarını Liviyadan
Gəminin sıradan çıxan avadanlığı
çıxarmağa çalışanda gəmidəki ukraynalılara da kömək təklif edilir.

Amma

Ukraynalılar öz yoldaşlarını atıb getməkdən imtina edirlər

3 ukraynalı dənizçidən biri – Artyom Slabospitski deyir:

“Biz hamımız dənizçiyik və gəmidə bir ailəyik. Əgər kimsə dostlarını atıb getsə, bu insanlıq baxımından da, dənizçilərin yazılmamış qanunları baxımından da düzgün olmazdı. Ya hamı, ya da heç kəs. Biz yoldaşlarımızı atıb gedə və onları bombaların altında qoya bilməzdik”.

Misuratada döyüşlər başlananda “Vasilios N” gəmisinə ziyan dəyməyib - limandakı bir neçə gəmiyə xətər toxunsa da.

Georgi Kuraşvili
Amma heyət üzvlərindən biri özünü öldürmək həddinə çatıb.

Bu fikrini həyata keçirməsə də, o, gəmini yandırmağa cəhd edib və gəmidəki naviqasiya sistemini sıradan çıxarıb.

Limandan qaçmaq ideyası dənizçilərin ağlından keçsə də, onlar ələ keçəcəklərindən qorxublar.

Hətta döyüşlərin şiddətli vaxtında da Misurata məmurları onlara göz qoyublar.

Çünki həbs qoyulmuş gəminin limanda qaldığı hər gün liman büdcəsinə əlavə gəlir (cərimə hesabına) gətirirdi.

Amma şəhərdə vəziyyət elə qarışıb ki, məmurlar da gözə az-az dəyməyə başlayıb və

Belə günlərin birində dənizçilər aradan çıxmaq qərarına gəliblər


Onlar gecəylə limanı tərk ediblər, məqsədləri də ən yaxın xarici limana – Maltanın paytaxtı Valettaya getmək olub.

Amma naviqasiya sistemi sıradan çıxdığı üçün gəmi heyəti ənənəvi üsullardan istifadə edib – ulduzlara baxa-baxa 16 saatlıq yolu gün yarıma qət edərək Valettaya çatıb.

Burdan da xoş xəbəri ailələrinə çatdırıblar.

Amma onların vətənə tezliklə dönüşü də gözlənilmir.

Gəmi sahibinin onlara ümumilikdə 250 min dollar məbləğində maaş borcu var və dənizçilər vəkil tutublar ki, gəmini satıb pul eləsinlər.

Gürcü dənizçi Georginin oğlu da heyət üzvüdür. Georginin həyat yoldaşı Manana Ambaliya Azadlıq Radiosunun gürcü xidmətinə deyir ki, axır aylar onun üçün həyatının ən qorxunc dövrü olub.

“Liviyada baş verənlərin tarixçəsini məndən soruşun, əzbər bilirəm. Benqazi və Ras Lanuf bombalananda mən dərhal xəritəyə baxırdım ki, bunlar bizimkilərin olduğu şəhərə yaxındımı?

Sonra eşitdim ki, Misuratanı da bombalamağa başlayıblar. Mən şokda idim. Otağa girib qapını bağlayır və məni nə gözlədiyini düşünürdüm. Ağlımdan dəhşətli fikirlər keçirdi, yalnız indi bunları deyirəm.

Düşünürdüm ki, görəsən kimin canı mənim üçün daha əzizdir, ərimin, yoxsa oğlumun. İndi bunu yadıma salanda dəhşətə gəlirəm”.



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG