Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42
Kür daşqınları zamanı mülk və təsərrüfatlarına dəymiş ziyan müqabilində kompensasiya ala bilməyən bir qrup sakin etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər.

Əsasən, Sabirabad və Saatlının Kür Arazla qovuşan hissəsindəki 9 kəndin sakinləri dövlət büdcəsində ayrılmış vəsaitin vətəndaşlara çatmadığını bildirirlər.

Saatlının Dəllər kənd sakini Lazım Umudlu deyir ki, kənd camaatının küçələri çıxıb, etiraz səsini qaldırmaqdan başqa çarələri qalmayıb:

«Ayrılan vəsaitlər gəlib bizə çatmır. Nə qədər gözləməliyik. Elə deyirlər darıxmayın, bu gün kompensasiyalar veriləcək, sabah veriləcək. Biz qalmışıq beləcə bir çarə bilmirik nə edək».

Martın 28-də bir neçə nəfər kənd sakini Sabirabad İcra Hakimiyyətinə çağırılıblar. Onlara kompensasiyaların tez bir zamanda veriləcəyi vəd olunub.

Etiraz aksiyası keçirməkdə israrlı olan sakinlər deyirlər ki, tələbləri yerinə yetirilməsə aprelin 2-də Prezident Aparatına yürüş edəcəklər.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 300 milyona yaxın manatın ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG