Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Hekayə müsabiqəsinə artıq 51 yazıçı qatılıb


Ötən ilki müsabiqəmizə təqdim edilmiş seçmə hekayələrin çap edildiyi kitab.

Ötən ilki müsabiqəmizə təqdim edilmiş seçmə hekayələrin çap edildiyi kitab.

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilməkdə olan “Ədəbi Azadlıq-2011” qısa hekayə müsabiqəsinə əsər qəbulu üçün ayrılan vaxt yarı oldu.

20 günə müsabiqəyə 51 yazar öz hekayəsini göndərib.

Amma əsərlərin qəbulu hələ aprelin 15-cən davam edəcək.

Qaydalara görə hər yazar müsabiqədə yalnız bir hekayə ilə iştirak edə bilər.

Təəssüf ki bəzi maraqlı hekayələri qəbul edə bilməmişik - İnternet məkanında çap edildiyi üçün.

Qaydalara görə, müsabiqəyə göndərilən hekayələr İnternetdə çap edilmiş olmamalıdır.

Bu qaydalara uyğun olmayan hekayələr sonradan aşkar edilərsə, onları da müsabiqədən kənarlaşdırmağa məcbur olacağıq.

Bütün hekayələr ilkin mərhələdə imzaları göstərilmədən münsiflər heyətinə təqdim ediləcək.

Öz gücünü ədalətli yarışmada sınamaq istəyənlərə təşəkkür edirik, müsabiqəyə qatılacaq yazarların əsərlərini də səbirsizliklə gözləyirik. Əsərləri bu ünvana yollamaq olar oxuzali@azadliqradiosu.az

Müsabiqənin baş mükafatı notebook, 2-ci və 3-cü mükafatları isə netbook-lardır.

MÜSABİQƏ HAQDA DAHA ƏTRAFLI OXU

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG