Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

Əhmədinejad ölkəsinin yeni istehsal etdiyi ikiyerlik təyyarələri nümayiş etdirib


Tacikistan və Türkmənistanın prezidentləri ayrı-ayrılıqda Tehranda İranın prezidenti Mahmud Əhmədinejadla görüşüblər. İran prezidenti tacik həmkarına bildirib ki, onun hökuməti bu il Tackistanın Sangtuda-2 su elektrik stansiyasının tikintisini başa çatıdracaq.

Əhmədinejad türkmən həmkarına da ölkəsinin yeni istehsal etdiyi ikiyerlik təyyarələri nümayiş etdirib.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov Tehranda Əfqanıstan prezidenti Hamid Karzai ilə də görüşüb. Onlar türkmən qazının Əfqanıstan vasitəsilə Pakistan və Hindistana nəqli üçün nəzərdə tutulan TAPİ layihəsini müzakirə ediblər.

Qonşu ölkələrin prezidentləri Tehrana Novruz şənliklərinə dəvət ediliblər.
XS
SM
MD
LG