Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:18

Türkiyə modelindən özünüzü qoruyun!


Türkiyə və AB bayraqları
Türkiyə və AB bayraqları
«Son həftələr ərəb dünyasında inqilablardan sonra bu ölkələrdə yaranacaq yeni hakimiyyətlərə türk modeli nümunə kimi göstərilir. Ola bilər. Ancaq Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi altındakı Türkiyə göstərir ki, bu yol sürüşkən də ola bilər. Doğrudur, AKP fundemantalist dövlət yaratmaq məqsədi güdmür. Lakin hakim partiyanın mühafizəkar siyasəti istənilmədən buna gətirib çıxara bilər».

«Wall Street Journal» qəzetində çıxan məqalədə belə deyilir.

Məqalə müəllifi Söner Çağaptay yazır:

«Neçə illərdir ki, AKP Türkiyə cəmiyyətini dəyişməkdədir. Bu o demək deyil ki, AKP Türkiyədə teokratiya yaratmaq istəyir. Problem ondadır ki, dini inanc siyasətdə rəhbər prinsipə çevrildikdə, fundamentalistlər siyasi cəhətdən daha güclü və rəqabət qabiliyyətli olurlar. Onların dini qayda və dəyərlərin daha sərt tətbiqi ilə bağlı tələbləri ölkədə ideoloji saflıq yarışına təkan verir. Bu da Türkiyə cəmiyyətinin radikallaşmasına aparır.

AKP-nin dini dəyərləri belə geniş əhatə etməsi Türkiyədə dünyəvi rejim üçün başlıca problem deyil. Dinin cəmiyyətə belə güclü nüfuz etdiyi bir vaxtda fundamentalistlər özlərini o qədər arxayın hiss edə bilərlər ki, QALXIB AKP-NI «KİFAYƏT QƏDƏR MÜSƏLMAN OLMAMAQDA» İTTİHAM EDƏ BİLƏRLƏR.

Ötən ilin noyabrında AKP ölkənin dini qurumunun rəhbəri, liberal baxışlı Əli Bardakoğlunu istefaya göndərdi. Onun yerinə başqa bir dini alim, mühafizəkarlığı ilə seçilən Mehmet Görmez gətirildi. Yeni rəhbərin ilk qərarı qurumun qadın bölməsinin rəhbəri Ayişə Sucunu istefaya göndərmək oldu. Ayişə Sucu qadınların baş örtüsü taxıb-taxmamaqda özlərinin qərar verməli olduğunu təbliğ edirdi. Din xadimləri bu qərarı coşqu ilə qarşılamışdılar.

Türkiyə polisi kürdlərin nümayişini dağıdır, 11 noyabr 2007
Mediaya nəzarət orqanı isə Qanuni Süleymanın sərxoş vəziyyətini təsvir etdiyi üçün bir telekanalı ciddi tənqid etmişdi. Bunun ardınca həmin şou proqramın qadağan olunması üçün kəskin kampaniya başlanmışdı.

AKP seçki ərəfəsində kürdlər arasında nüfuzunu artırmaq və Kürd Millətçi Partiyasını (KMP) gözdən salmaq üçün İslamın kürdlərlə türklər arasında birləşdirici amil olduğunu təbliğ etməyə başlayıb. Bu plan AKP-yə səs qazandıra bilər. Lakin bu, həm də yarışa KÜRD «HİZBULLAH»I kimi dini radikalların cəlb olunması ilə də nəticələnə bilər. Kürd «Hizbullah»ı Livandakı şiə «Hizbullah»ından ayrı bir cərəyandır. Sünni qrupdur. Türkiyənin şərqində böyük şəbəkəsi var.

Kürd «Hizbullah»ının 90-cı illərin sonlarında həbs edilmiş liderləri qanunvericilikdə boşluq səbəbindən azadlığa çıxıblar. AKP-nin İslama belə vurğu etməsi dünyəvi-millətçi kürd hərəkatının dini-millətçi kürd hərəkatı ilə əvəzlənməsinə gətirib çıxara bilər.

Təsəvvür edin, kürd «Hizbullah»ı deyir ki, nə AKP, nə də dini işlər qurumu kürdləri təmsil etmək üçün kifayət qədər müsəlman deyillər. Avropada çoxlu sayda türklərin olması da nəzərə alınsa, türk əhalisinin, xüsusilə kürdlərin radikallaşması Avropada da özünü hiss etdirəcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG