Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:56

Alman dilindən birbaşa tərcümələr arta bilər


“Alatoran” jurnalının təmsilçisi, tərcüməçi Zaur Səttarlı Almaniyanın LCB-Literarisches Colloquium Berlin (Berlin Ədəbi Kollokviumu) qurumunun dəvəti ilə beynəlxalq tədbirdə iştirak edib.

O, 160 iddiaçı arasından seçilən 33 tərcüməçinin sırasında olub. İlk dəfədir ki, Azərbaycandan olan tərcüməçi belə bir imkan əldə edib. Halbuki Ermənistan və Gürcüstandan olan tərcüməçilər indiyəcən dəfələrlə sözügedən tədbirlərdə təmsil olunaraq müxtəlif qrantlar əldə ediblər.

Sözügedən qurum 1963-cü ildə Valter Höllerer tərəfindən yazarlar və tərçüməçilərin daha əlverişli işbirliyini orqanizə etmək məqsədilə yaradılıb.

1989-cu ildən başlayaraq - Almaniyanın birləşməsindən sonra - müntəzəm olaraq alman dilindən öz ana dillərinə tərcümələr edən qruplar üçün seminarlar, konfranslar və görüşlər təşkil edir.

Həm də LCB-toplantılarında iştirak etmək bir çox başqa fond və təşkilatların layihələrindən faydalana bilmək üçün ön şərt kimi irəli sürülür.

Zaur Səttarlının indiyəcən həm “Alatoran” jurnalında, həm də jurnala əlavə olaraq yayınlanan tərcümə kitablarında alman dilindən çevirmələri çap edilib.

Azərbaycanlı tərcüməçi başqa ölkələrdən olan həmkarları, eləcə də alman yazarları, tənqidçiləri ilə görüşlər keçirib, müzakirələrdə iştirak edib..

Zaur Səttarlının gənc almaniyalı yazar Svenya Layberdən aldığı müsahibə enyeniedebiyat.com saytında yayınlanacaq. Almaniyalı gənc yazarları hansı problemlər düşündürür – bunları müsahibədən öyrənə biləcəksiniz.

enyeniedebiyat.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG