Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08
Martın 28-də gənc fəal Bəxtiyar Hacıyev barəsində açılmış cinayət işi Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Emin Axundovun icraatına verilib.

Bəxtiyar Hacıyev barəsində yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Martın 28-də B.Hacıyevin 29 yaşı tamam olur. Ailə üzvləri onunla görüşmək üçün Nizami rayon Məhkəməsinə ünvanlandıqları müraciətin bilərəkdən yubadıldığını iddia edirlər.

Məhkəmənin sədri Əli Tağıyev AzadlıqRadiosuna bildirib ki, qanunvericiliyə uyğun olaraq müraciətin təmin edilib-edilməməsi araşdırılır.

2 saylı İstintaq Təcridxanasında saxlanan Bəxtiyar Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs qətimkan tədbiri seçilib. O, Gəncə şəhərini tərk etməmək barədə iltizamnamənin qaydalarını pozmaqda təqsirləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG