Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

Hərbi hissədə yanğın olub, 6 əsgər yaralanıb


Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın olub.

Hadisə martın 23-də Şəmkir Hərbi Birləşməsin Gədəbəy rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb.

Əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb. Yanğın zamanı, həmçinin, 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı əsgərlər hospitala yerləşdiriliblər, vəziyyətləri stabildir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya faktı təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG