Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:26

Suriyanın Latakia şəhərində 12 adam həlak olub


Suriya hökuməti kütləvi etiraz aksiyaları keçirilən liman şəhəri Latakiaya qoşun yeridib. Bu şəhərdə cümə və şənbə günü polislə mitinqçilər arasında baş vermiş qanlı toqquşmalar nəticəsində 12 nəfər həlak olub.

Keçən həftə bütün ölkə üzrə prezident Bashar al-Assadin istefası tələbi ilə keçirilən etiraz aksiyaları zamanı onlarla adamın həlak olduğu bildirilir.

Yaxın günlərdə Suriya prezidentinin xalqa müraciət edəcəyi gözlənilir.
XS
SM
MD
LG