Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Məhkəmə qərar verdi: Pamuk təzminat ödəməlidir


Türkiyə - Pamuk İstanbul məhkəməsini tərk edir. 16 dekabr 2005-ci il. O zaman ona qarşı türklüyü təhqir etmək davası açılmışdı

Türkiyə - Pamuk İstanbul məhkəməsini tərk edir. 16 dekabr 2005-ci il. O zaman ona qarşı türklüyü təhqir etmək davası açılmışdı

Türk məhkəməsi Nobel ödüllü yazar Orxan Pamukun 6 min lirə təzminət ödəməli olduğu haqda qərar çıxarıb.

Ona qarşı iddianı 6 vətəndaş qaldırmışdı. Onlar Pamukun bir neçə il qabaq İsveç mətbuatına müsahibə verərkən "30 min kürdü və 1 milyon ermənini öldürdük" deməsinə etiraz edirdilər.

Mənəvi təzminat iddiası qaldıran bu şəxslər arasında İstanbul Şehit Anaları Dayanışma ve Yardımlaşma Derneği Genel Başkanı Pakize Alp Akbaba və "Ergenekon işi" ilə bağlı tutulan vəkil Kemal Kerinçsiz də var.

Şişli 3-cü Asliye Hüquq Məhkəməsi bu iddianı bir müddət qabaq rədd etmişdi.

Amma yuxarı instansiya məhkəməsi - Yargıtay Hukuk Genel Kurulu-nun “hər Türk məhkəmə davası aça bilər” anlamına gələn qərarından sonra Şişli Məhkəməsi işə yenidən baxaraq yazıçının təzminat ödəməli olduğu haqda qərar çıxarıb.

Yuxarı instansiya məhkəməsi qərarını belə əsaslandırıb ki, xalq haqqında deyilən söz fərdin heysiyyatına toxunarsa, o bununla bağlı iddia qaldıra bilər.

(Bir müddət qabaq Şişli məhkəməsi iddianı rədd edərkən iddiaçıların fərd olduqlarını və xalq haqqında deyilənlərlə bağlı iddia qaldırmağa haqları çatmadığını əsas gətirmişdi).

Pamuk qərardan 15 gün müddətində şikayət edə bilər.

İsveç mətbuatına dediklərinə görə Pamuka qarşı "türklüyü təhqir etmək" iddiası hələ 2005-ci ildə qaldırılmış, amma 2006-cı ildə Avropa Birliyinin təpkilərindən sonra iddiaya baxılması dayandırılmışdı.

Pamuka qarşı son qərarı Türkiyədə bir qism insanlar "xain cəzalandırıldı" deyə alqışlasalar da, başqa bir qism "Avropa Birliyinə daxil olmağa can atan ölkə üçün utandırıcı" adlandırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG