Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33
Martın 27-də Təhsil Nazirliyinin yaxınlığında yerləşən yataqxanada təxminən saat 16.30-da yanğın baş verib. Yanğın artıq söndürülüb.

Şahidlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə 5 mərtəbəli binanın 3-cü mərtəbəsində olub. İlkin məlumata görə, buna səbəb qısa qapanmadır.

Sakinlər deyirlər ki, bina qazla təmin edilməyib deyə burda tez-tez qısaqapanmadan yanğınlar baş verir.

Şahidlərin sözlərinə görə, yanğın olan 3-cü mərtəbə tam yararsız hala düşüb.
Hadisə zamanı yaralanan və ya ölən olmayıb.

Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 7 maşını gəlib.
Əvvəllər əsgər yataqxanası olan binada indi məcburi köçkünlər məskunlaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG