Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:18

Əhmədinejad Berdımuxamedova təyyarə bağışlayıb


İran prezidenti Mahmud Əhmədinejad Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedova iki nəfərlik təyyarə bağışlayıb.

Hədiyyə Berdımuxamedova bazar günü İrana gedərkən Tehran hava limanında verilib.

Berdımuxamedov bundan əvvəl Novruz bayramı münasibətilə İrana 1000 ton un göndərmişdi.

Martın 27-də İranda Novruz münasibətilə xüsusi mərasim başlanıb.

Mərasimdə Əfqanıstan, İraq, Türkmənistan, Tacikistan və Ermənistan prezidentləri, habelə digər ölkələrdən olan rəsmilər iştirak edirlər.
XS
SM
MD
LG