Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Londonda 250 minlik etiraz yürüşü keçirilib


Şənbə günü Londonda Britaniya hökumətinin sosial-iqtisadi siyasətinə etiraz olaraq kütləvi yürüş keçirilib.

Aksiyada 250 minə yaxın adam iştirak edib.

Aksiya ümumilikdə dinc şəraitdə keçsə də bir neçə yüz adam hərc-mərclik salmağa cəhd göstərib.

Nəticədə 30 nəfər xəsarət alıb, bir neçə adam saxlanıb.

Baş nazir David Cameronun rəhbərlik etdiyi koalision hökumət büdcə kəsirini azaltmaq üçün dövlət xərcləri, xüsuslilə də sosial təzminatları ixtisar eləmək fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG