Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

Yəməndə hakim partiyanın təcili iclası keçirilir


Bu gün Yəməndə hakim partiyanın növbədənkənar iclası keçiriləcək.

Məlumatlara görə iclasda prezident Ali Abdullah Salehin hakimiyyətdən getməsinin şərtləri müzakirə olunacaq.

Artıq 2 aydır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi etiraz aksiyaları keçirilir.

Ali Abdullah Saleh bu günlərdə müəyyən şərtlərlə istefaya getməyə hazır olduğunu bildirib.

Son günlər ölkənin cənubunda vəziyyət gərginləşib.

Associated Press agentliyinin məlumatına görə, əl qaidəçilər dağlıq ərazidə yerləşən Caar şəhərini ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG